Azərbaycan: 2012-ci ilin iqtisadi yekunları və 2013-cü ildəki prioritetləri Dəyirmi Masa
Azərbaycan üçün 2012-ci il hərtərəfli uğurlu olub. Həmçinin bildirildi ki, 2012-ci il cənab prezident İlham Əliyevin iqtisadi siyasətinin növbəti uğur ili oldu. SİA-nın verdiyi xəbərə görə, bu fikirlər bu gün "Yeni Azərbaycan" qəzetinin ofisində "2012-ci ilin iqtisadi yekunları və 2013-cü ildəki prioritetləri" mövzusunda keçirilən dəyirmi masada deyilib.
Dəyirmi masada Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, 82 saylı Ağcabədi seçki dairəsindən deputat seçilən, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, İqtisadi inkişaf nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlar şöbəsinin müdiri Ədalət Muradov, iqtisadçı-ekspert Vüqar Bayramlı, politoloq Cümşüd Nuriyev və media nümayəndələri iştirak edib.
Dəyirmi masada çıxış edən Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycan 2012-ci ildə bütün sahələrdə çox ciddi uğurlar əldə edib: "Qeyri-neft sektorunun artım tempi neft sektorunun artım tempindən yüksək olub. Ulu öndər tərəfindən müəyyən olunan böyük siyasətin uğurlu davamçıları olan söz sahibləri kimi hesab edirəm ki, qeyri-neft sektorunun inkişaf tempi bir az da artırılmalıdır. Çünki bu gələcəkdə ölkənin dayanıqlı inkişafı üçün çox vacibdir. Azərbaycanın bu inkişaf tempi 80 faizlik potensialımızın nəticəsidir. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycan yeganə dövlətdir ki, onun ərazilərinin 20 faizi işğal altında olduğu halda belə böyük zirvələri fəth edib. Azərbaycan büdcəsinin xərcləri 19.8 milyard manat olduğu halda müdafiə xərclərinin həcmi 2.5 milyard manatdır. Bütün bunlarla yanaşı Azərbaycanın ümum daxili məhsulu sürətlə artır".
Daha sonra çıxış edən İqtisadi inkişaf nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlar şöbəsinin müdiri Ədalət Muradov bildirib ki, 2012-ci il cənab prezident İlham Əliyevin iqtisadi siyasətinin növbəti uğur ili oldu: "Bu il Azərbaycanda qurulmuş iqtisadi sistem xarici təzyiqlərə iqtisadi dayanıqlılıq nümayiş etdirdi. Ölkəmizdə makro iqtisadi sabitlik qorunub saxlanılıdı. Bu il infilyasiya tempi proqnozlardan da aşağı 1,2 % oldu. Bu göstərici ABŞ-da 2 %, Aİ-da 3 %, MDB məkanında 4 % olub. 2011-ci ildən etibarən ümum daxili məhsulun inkişafı qeyri-neft sektorunun hesabına daha da güclənib".
İqtisadçı-ekspert Vüqar Bayramlı isə bildirib ki, 2012-ci ilin iqtisadi yekunları çox müsbətdir. Makro-iqtisadi göstəricilərinə və iqtisadiyyatın strukturundakı dəyişikliklər məhz Azərbaycan iqtisadiyyatının daha dayanıqlı inkişafından xəbər verir. Avrozonada böhranın olmasına baxmayaraq ÜDM-dakı artım tempini qoruyub saxlaya bilib. Neft sektorundakı 5% azalmaya baxmayaq qeyri-neft sektorunun 10 % artımı hesabına ÜDM həcmi artıb. ÜDM qeyri-neft sektorunun hesabına artması böyük uğurdan xəbər verir. Ölkənin strateji valyuta ehtiyatları 25 dəfə artaraq 40 milyard dolları keçib, dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara çatıb, əmək haqları və orta aylıq pensiya 6 dəfə yüksəlib, yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik 5,4 faizə enib. Azərbaycanın tarixində ilk dəfə neft hasilatı ildə 50 milyon ton, qaz hasilatı isə 30 milyard kubmetr təşkil etmişdir. Azərbaycandakı sabitlik ölkədə uzun müddət həyata keçirilən düşünülmüş makroiqtisadi strategiya və siyasətə əsaslanır. Digər tərəfdən, böyük maliyyə ehtiyatlarına malik Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarından yararlana bilir. Bu gün Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2012-ci ilin statistikası göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sosial-iqtisadi inkişaf dinamikası təmin edilib. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Qeyri-neft sektorunda sənaye istehsalı 8 faizə yaxın, kənd təsərrüfatı isə 6,5 faiz yüksəlib. 2012-ci ildə ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ən qabaqcıl yerlərdədir".
Dəyirmi masa iştirakçılarından olan 82 saylı Ağcabədi seçki dairəsinin deputatı, regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, ölkənin bu cür sürətlə inkişaf etməsi ulu öndərin işləyib hazırladığı "Paralel islahatlar modelli iqtisadiyyat" mexanizminin mükəmməl olmasıdır". Bu il Azərbaycan BMT TŞ-nın sədri seçildi, bir çox dünya əhəmiyyətli toplantılar Bakıda keçirildi. Sosial sahədə bir çox uğurlar əldə olundu. Ən ucqar dağ kəndlərinə qaz xətləri çəkildi. Hətta düşmənlə sərhəddə yerləşən kəndlərimiz qazla təmin olundu. İqtisadiyyat gücləndikcə işsizlik də azalaraq 6 % endi".
Dəyirmi masada iştirak edən politoloq Cümşüd Nuriyev 2012-ci ildəki iqtisadi uğurlar danışarkən bildirib ki, Azərbaycan bir çox uğurlu layihələr həyata keçirir. "Neft brendi olan "Socar"la yanaşı qeyri-neft sektorunun məhsulu olan "Bizim Tarla"-nın amerika bazarına çıxması böyük uğurun təminatçısıdır. Dövlətin siyasi gücü onun iqtisadi gücündən asılıdır. Hesab edirəm ki Azərbaycanın ən böyük uğurlarından biri Qafqazda ilk dəfə olaraq "Asan xidmət" sisteminin fəaliyyətə başlamasıdır.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB