Vüqar Bayramov: "Bu hesabatı ciddi qəbul etmək lazım deyil" AÇIQLAMA
"Mütəşəkkil Cinayətkarlıq və korrupsiya hesabatı layihəsi" təşkilatının qiymətləndirmə cədvəlini ciddi hesabat kimi qəbul etmək lazım deyil. Çünki əvvəla, bu ictimai qurumdur. İkincisi isə, bu cür hesabatlardakı qiymətləndirmələr dünyanın heç bir aparıcı maliyyə qurumlarının hesabatlarındakı rəqəmlərə əsaslanmır. Eyniz zamanda bu cür qurumların hesabatları beynəlxalq status daşımır. Bu tip təşkilatların hesabatları siyasi və subyektiv xarakter daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O həmçinin: "Ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında və qiymətləndirmə ilə bağlı metodologiyasında böyük qüsurlar var. Bəzi beynəlxlaq təşkilatların apardıqları qiymətləndirmələr reallığı əks etdirməkdən daha çox, siyasi vasitə kimi istifadə olunur. Onlar bundan inkişaf etməkdə olan ölkələrə qarşı təzyiq kimi istifadə edirlər. Bütün hallarda nəzərə almaq lazımdır ki, əgər Azərbaycanın beynəlxalq şəffaflıq təşkilatında korrupsiyanı qavrama indeksi üzrə yeri yaxşılaşırsa, Dünya Bankının hesabatında ölkəmizin yeri daha da yaxşılaşırsa, ölkəmiz dünyada ən çox islahat aparan 10 ölkədən biri elan olunubsa, deməli, bu o deməkdir ki, Azərbaycanda korrupusiyaya qarşı mübarizənin aparılması sahəsində, şəffaflığın artırılmasında vəziyyət kifayət qədər yaxşılaşıb. Əslində beynəlxalq təşkilatların hesabatlarındakı rəqəmlər dünyanın aparıcı maliyyə qurumlarının hesabatlarındakı reallıqlara söykənməlidir. Bu olmadığına görə, belə qiymətləndirmələr reallığa əsaslanmır", deyə qeyd edib.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB