Azərbaycan İndoneziyada neft emalı zavodu tikəcək

Azərbaycan İndoneziyada neft emalı zavodu tikəcək

İndoneziyanın Azərbaycanla strateji münasibətləri mühüm əhəmiyyət kəsb edir. İndoneziya bütün böyük forumlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Bizim münasibətlərimiz iqtisadi, siyasi, mədəniyyət, təhsil sahələrində inkişaf etdirilir. SİA-nın verdiyi xəbərə görə, bunu İndoneziya Regional Şurasının sədri İrman Qusman deyib.

İndoneziyanın ən böyük neft ixracatçısı olduğunu qeyd edən şura sədri bildirib ki, ölkəsində İndoneziya-Azərbaycan neftin təkrar emal olunması zavodu tikiləcək: "Belə bir zavodu Türkiyədə həmin ölkə ilə Azərbaycan birgə tikir. Növbəti zavod isə İndoneziyada olacaq".

İ.Qusman qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün Azərbaycan hökumətinə İndoneziya-Azərbaycan forumunun yaradılmasını təklif ediblər: "Bunun həyata keçirilməsi üçün lazımi işləri görəcəyik. Forum münasibətlərin hər sahədə inkişafına dəstək olacaq, təkcə iqtisadiyyat deyil, həm də mədəniyyət, idman sahələrinin inkişafına müsbət təsir göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə