Bu gün Minsk şəhərində "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Belarus-Azərbaycan biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, sənaye, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, xalq sənətkarlığı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.
Forumda Azərbaycan mənşəli məhsulların ixracının təşviq olunması məqsədilə tədbir çərçivəsində təqdimatların və sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB