Yol, qaz, elektrik enerjisinin ardından Məhsəti qəsəbəsində yeni su xəttinin çəkilişinə başlanılıb. Dövlət qurumları tərəfindən aparılan işlər çərçivəsində ərazidə yaşayan əhalinin bütün kommunal problemləri aradan qaldırlacaq.
Gəncənin qəsəbələrində infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Məhsəti qəsəbəsində asvalt örtüyü döşənməsinin ardından ərazidə yaşayan sakinlər üçün yeni su xətti çəkilir. Şəhər İcra Hakimiyyəti Aparatının təşəbbüsü ilə həyata keçirilən işlər çərçivəsində vətəndaşların içməli suya olan təlabatını yaxşılaşdırılması məqsədi ilə geniş miqyaslı tədbirlər görülməkdədir. İlkin mərhələdə 700-dən artıq abonentin suya olan təlabatı ödənilməlidir ki, 300 dən çox ailəyə su xəttinin çəkilişi sürətləndirilib. Sonrakı mərhələlərdə digər sakinlərdə içməli su ilə tam təmin ediləcək.
Bildirək ki, su xəttinin çəkilişi ən müasir avadanlıqlarla aparılır. Əraziyə texnikalar göndərilib, lazım olunan avadanlıqların bir hissəsi xarici ölkələrdən gətirilib. Ana xəttlə yanaşı hər bir ailəyə fərdi olaraq da dövlət tərəfindən su çəkiləcək. Ümumilikdə işlərin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB