250 və 1000, yoxsa 200 və 500 manatlıq əskinaslar?

250 və 1000, yoxsa 200 və 500 manatlıq əskinaslar?

"Mərkəzi Bankın əsas məqsədi nəğd pul dövriyyəsinin səviyyəsini inkişaf etmiş ölkələrdəki kimi aşağı salmaq, ən azı Baltik ölkələrdəki səviyyəyə çatdırmaqdır". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib. Onun sözlərinə görə, dövriyyəyə 200, 500 manatlıq əskinaslar buraxıla bilər, 250 və 1000 manatlıq əskinaslar isə buraxılmayacaq.

O, ipoteka kreditlərinin artırılması ilə bağlı Mərkəzi Bankın təklifindən də danışıb: "Bunu Mərkəzi Bank yox, bütün cəmiyyət ipoteka kreditlərinin artırılmasını istəyir. Bu il ipoteka kreditləri üçün büdcədə nəzərdə tutulan vəsait 2 dəfə artırılıb, 40 milyon manata çatdırılıb. Bundan bir çox insan faydalanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə