“ARDNŞ-lə çox tez dostlaşdıq”

Gürcüstanın baş naziri Azərbaycanla münasibətlərin davamı üçün əllərindən gələni edəcəkləini deyib

"Gürcüstanda hakimiyyətə gələn yeni hökumətin strategiyası iki ölkə arasında dostluq yaratmaqdır və belə bir dostluq münasibətləri hələ 2 ölkə tarixində olmayıb". Bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə birgə keçirdiyi görüşdən sonra deyib.

Gürcüstanla Azərbaycanın tarixən dost ölkə olduqlarını deyən İvanişvili 2 ölkə münasibətlərinin həmişə normal olduğunu vurğulayıb: "Bizim münasibətlərimiz həmişə normal olub. Mənim istiqamətim və məqsədim budur. ARDNŞ-lə çox tez dostlaşdıq. Baş tutan görüş əhəmiyyətli və vacib oldu. Və bizim söhbətimiz bütün sahələri əhatə etdi. ARDNŞ Gürcüstandakı əsas şirkətlərdən biridir. Mən onun prezidentinə, ümumiyyətlə, Azərbaycan xalqına bildirmək istəyirəm ki, Gürcüstanla Azərbaycan arasındakı yaxın münasibətləri davam etdirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Rövnəq Abdullayev isə bildirib ki, Bidzina İvanişvilinin ARDNŞ-dən Gürcüstanda həyata keçirdiyi layihələri genişləndirməsini və ölkədə öz yerini daha da möhkəmləndirməsini istəyib.

Xatirladaq ki, Bidzina İvanişvili hakimiyyətə gəldikdən dərhal sonra ölkədə elektrik enerjisi və qaz tariflərinin aşağı salınacağına söz verib və komandasının tarif siyasətinə yenidən baxmaq üzərində işlədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə