Bolqarıstanın regionlarının inkişafı və ictimai işlər naziri xanım Liliyana Pavlovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək. Sözügedən tədbir noyabrın 5-də təşkil olunacaq.
Tədbirdə infrastruktur, mühəndislik, elektroenergetika, neft-qaz və digər növ komplekslərin, həmçinin müxtəlif növ obyektlərin tikinti və layihələndirilməsi sahəsində fəaliyyət göstərən Bolqarıstan iş adamları iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB