İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozu ünvanında İmran Mürsəlova məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sementin satıldığını aşkarlayıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, satışda olan "Qaradağ AD" adlı M400 markalı sementin etiketində çəkisinin 50kq±1kq, "Qaradağ H" adlı M300 markalı sementin etiketində isə çəkisinin 40kq±2% göstərildiyi halda, həmin semetlərin bəzi kisələrinin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyən edilib.
Nazirlik bildirib ki, qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB