Nəhəng yol qovşağı

"Qələbə" meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi 2013-cü ildə yekunlaşacaq. "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, tikintisi davam etdirilən yol qovşağı kompleksinə 6 tunel, 2 piyada keçidi və metronun "Gənclik" stansiyasının 2 çıxışının tikintisi daxildir.

Layihə üzrə 5 tunelin yerləşdiyi ərazidə kommunikasiyaların köçürülməsi və tikinti quraşdırma işləri başa çatdırılıb. Hazırda üzlənmə, drenaj işləri həyata keçirilir. Svay işləri yekunlaşan digər tuneldə isə papaq tirlərinin və üst aşırım tirlərinin quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, işlərin 70 %-i başa çatdırılan kompleksin 2013-cü ildə istismara verilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə