“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”

“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, 80-dən çox sahibkarın iştirak etdiyi tədbirdə iştirakçılara güzəştli kreditlərdən istifadə mexanizmləri, investisiya layihələrinin hazırlanmasına dair məlumatlar verilib. SKMF-nun şöbə müdiri Arif Vəliməmmədovun sözlərinə görə, cari ildə sahibkarlıq subyektlərinin 2050 investisiya layihəsinin maliyyələşdirilməsinə 181,8 milyon manat vəsait ayrılıb.

Tədbir zamanı Qusar rayonundan olan 44 sahibkara 8 milyon manat kredit verilib. Bu kreditlər hesabına 600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək regionda 1156 sahibkara 58 min manat kredit ayrılıb ki, nəticədə 31 iri həcmli layihələr maliyyələşdirilib. Kredit alan sahibkarlar vəsaiti əsasən kənd təsərrüfatı subyektlərinin inkişafına sərf edəcəklərini bildiriblər.

Qeyd edək ki, növbəti belə yarmarka paytaxt Bakıda keçiriləcək.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə