Ucuzlaşma davam edir

Oktyabrın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,55 dollar və ya 0,6% azalaraq 1 barelə görə 89,33 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, oktyabrın 8-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,2% azalaraq 111,82 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə