Sentyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,47 dollar və ya 0,5% artaraq 1 barelə görə 92,89 dollar olub.
SİA-nın məlumatına görə, sentyabrın 21-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,39 dollar və ya 1,3% artaraq 111,42 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB