İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak və ərzaq malları bazarında yoxlamalarını bu gün də davam etdirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Binəqədi rayonunda Rəsulzadə qəsəbəsində Qənbərov və Dəmiryol küçələrinin kəsişməsində Zəfər Şirzadova məxsus mağazada, 7-ci mikrorayon, ev 14 ünvanında yerləşən "Qasım market"də, Xətai rayonunda Gəncə prospekti, 18A ünvanındakı "Qabil market"də, NZS qəsəbəsi, İ.Həbibov küçəsi, 12 ünvanındakı "Əkbər market"də, General Şıxlinski küçəsi, ev 1A ünvanında yerləşən "Qlobus market"də, Nəsimi rayonunda Droqal döngəsi, ev 4 ünvanında yerləşən "Turan market"də, S.Vurğun küçəsi, ev 134 ünvanındakı "Pepsi market"də saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Səbail rayonunda G.Əliyev küçəsi, 19 ünvanında Oktay İskəndərova məxsus mağazada, Nəsimi rayonunda Q.Quliyev küçəsi, 8 ünvanında yerləşən "Royal market"də, A.Mirqasımov küçəsi, ev 4 ünvanında Gülşən İsaqzadəyə məxsus mağazada, Xətai rayonunda İ.İsmayılov küçəsi, ev 6D ünvanında yerləşən "Gülnarə market"də, Binəqədi rayonunda 7-ci mikrorayonda Bulud Məmmədova məxsus mağazada və "Nicat market"də, "Evro market"də, "Bolluq market"də saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Nəsimi rayonunda S.Vurğun küçəsi, 911-ci məhəllədə yerləşən "Anar market"də normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Sumqayıt şəhərində 17-ci mikrorayon, M.Əsədov küçəsində Gülnaz Nəbiyevaya məxsus mağazada, Abşeron rayonunda Novxanı qəsəbəsi, "Dalğa" ticarət mərkəzinin yaxınlığında Amaliya Babayevaya məxsus mağazada, Zərdab şəhərində Füzuli küçəsində Azər Zülfüqarova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilib.
Masallı rayonunda Ərkivan qəsəbəsində Nizami Şirəliyevə məxsus mağazada, Tovuz rayonunda Qovlar qəsəbəsində Telman Əliyevə və Rasim Quliyevə məxsus mağazalarda, Tərtər rayonunda H.Əliyev prospektində Natiq Nəbiyevə məxsus mağazada, Beyləqan rayonunda Bünyadlı kəndində Fəyyaz Əliyevə məxsus mağazada, Quba rayonunda Ağbil kəndində Sərxan Məmmədova məxsus mağazada, Ağstafa rayonunda H.Əliyev prospektində Şahin Kərimova və Ramin Nuriyevə məxsus mağazalarda, Zərdab şəhərində Dörd yolda Zaur İsayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Beyləqan rayonunda A.Əkbərov küçəsində Namiq Cəfərova məxsus mağazada, Kürdəmir rayonunda Şiximli kəndində yerləşən "Qafqaz" yeməkxanasında Atakişili kəndində Mübariz Cəbrayılova məxsus yeməkxanada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilib.
Ümumilikdə, monitorinqlər zamanı 820 kq-dan çox yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB