Gələn il üçün büdcə layihəsi necə olacaq?

Gələn il üçün büdcə layihəsi necə olacaq?

Artıq Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) gələn il üçün büdcə layihəsinin hazırlanması prosesini başa çatdırır. SİA-nın xəbərinə görə, bu barədə ARDNF-nun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, layihədə fond tərəfindən iri neft-qaz layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub. İndiyədək fondun xarici şirkətlərin səhmlərinin alınmasına 200 milyon dollar vəsait xərclədiyini deyən Ş.Mövsümov əlavə edib ki, cari ilin sonunadək bu məbləğ 600 milyon dollara çatdırılacaq.

"Biz səhmlərdə spekulyativ əməliyyat aparmırıq. Sadəcə, beynəlxalq nüfuzlu indekslərə sərmayə qoyuruq. Bura dünyanın inkişaf etmiş ölkələrini (MSTİ WORLD) əhatə edən 1600 nüfuzlu şirkətin səhmləri daxildir. Yaxın günlərdə fond bir neçə ölkədə daşınmaz əmlak alacaq". – deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə