Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu xəttindəki tikinti işləri artıq başa çatmaq üzrədir. Bunu müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov işlərin gedişi ilə bağlı maraqlı məqamlara aydınlıq gətirib. Konkret olaraq nazir bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin əsas hissəsi bu ilin sonuna tam yekunlaşacaq: "Layihənin Türkiyə ərazisində olan hissəsində uzunluğu 4,4 kilometr olan tunel tikiləcək. Bu tunelin tikintisi həm Gürcüstan, həm də Türkiyə tərəfindən həyata keçiriləcək. Tunel 450 metr dərinlikdən keçir. Tunelin Turkiyə ərazisindəki Gürcüstan sərhədinə qədər olan 2,5 km hissəsi demək olar ki, hazırdır. Dəmir yolu istifadəyə veriləndə ilk əvvəl ildə 5 mln. ton yükün daşınması nəzərdə tutulub. Daha sonra isə yükdaşımaların həcminin 10-15 mln. tona kimi qaldıracağı planlaşdırılır".
Qeyd edək ki, dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən Bakı-Tiflis -Qars dəmir yolu layihəsinin inşası artıq bir ildən çoxdur ki, "Azəryolservis" ASC tərəfindən həyata keçirilir. Dəmiryolu xətti boyu bir neçə yeni stansiyanın inşası da həyata keçirilir. Dəmiryol xətti ilə ilk qatarın Türkiyə sərhədinə qədər hərəkəti bu ilin sonuna kimi mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB