Azərbaycan neftinin qiyməti…

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. SİA-nın Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentinə istinadən verdiyi xəbərə görə, sentyabrın 6-da keçirilən hərraclarda "Azeri Light" markalı neft 1,75 dollar bahalaşaraq 117,30 dollara satılıb.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin proqnoz qiyməti 100 dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə