Rabitə Nazirliyi haker hücumu ilə bağlı açıqlama verdi

Rabitə Nazirliyi haker hücumu ilə bağlı açıqlama verdi

Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvi xəbərindən sonra Azərbaycanın bir sıra xəbər və dövlət orqanlarının saytları haker hücumuna məruz qalıb. Ermənilər Azərbaycanın bəzi internet resurslarına haker hücumu həyata keçirdiklərini özlərinin kütləvi informasiya vasitələrində də etiraf ediblər.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov bildirib ki, artıq saytlara müdaxilə aradan qaldırılıb. Onun sözlərinə görə, internet resurslarına kənar müdaxilənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə