Cari ilin ötən 7 ayı ərzində ermənistanı 83 min 760 nəfər tərk edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın miqrasiya xidməti məlumat yayıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəni birdəfəlik tərk edənlərin sayı 5 min nəfər və ya 6, 5 faiz artmışdır. Bunun əsas səbəbinin Ermənistandakı daxili gərginlik və iqtisadi böhran olduğu bildirilib.
Təkcə iyul ayında ölkəni birdəfəlik tərk edənlərin sayı 10 min nəfəri ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB