Ötən gün Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 879 bəndədək, S&P 500 0,8% - 1 365 bəndədək, Nasdaq isə 0,4% - 2 910 bəndədək enib. SİA-nın bloomberg agentliyinə istinadən yaydığı məlumata görə, ABŞ fond indekslərinin enməsinə xarici amillər təsir edib.Bundan başqa Avropa fond bazarlarında avqustun 2-də FTSE 100 indeksi 0,9% - 5 665 bəndədək, Almaniya DAX-ı 2,3% - 6 600 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 233 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 592,3 dollara bərabər olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2177 (-0,6%) dollar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə