ARDNŞ-da «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzinin təqdimatı keçirilib

ARDNŞ-da «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzinin təqdimatı keçirilib

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin, o cümlədən şirkətin İstehsalat Birliklərinin aparıcı mütəxəssislərinin iştirakı ilə "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzində görülmüş işlər və Almaniya mütəxəssisləri ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatı olub.

ARDNŞ-dan SİA-ya verilən məlumata görə, tədbirdə Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyi, Dortmund Sənaye və Ticarət Palatası, habelə Azərbaycan-Almaniya İqtisadi İttifaqını təmsil edən qonaqlar iştirak edib.

Görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzi ilə bu qurum arasında yaranmış əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər olduğunu nəzərə çatdırıb.

Qeyd olunub ki, ARDNŞ və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində də perspektivli layihələr işlənib hazırlanaraq icrasına başlanılıb.

Tədbirdə qonaqlar "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzi ilə Avropa İttifaqı və digər ölkələrə nenotexnoloji sistemlərin işlənilməsi və satışının təşkil istiqamətində əməkdaşlıq imkanlarına da toxunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə