830 kiloqram yararsız ərzaq malları aşkarlanaraq məhv edilib

830 kiloqram yararsız ərzaq malları aşkarlanaraq məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yasamal rayonunda Ramin Abdullayevə, Rizvan Əhmədova, Sevinc Zamanovaya məxsus mağazalarda, "Xonça market"də, Nərimanov rayonunda "Yaşıl market"də, Elşən Mehdiyevə, Elməddin Rzayevə, Bəhruz Manafova, Suraxanı rayonunda Sevinc Məmmədovaya, Zaur Məmmədxanova, Valeh Soltanova məxsus mağazalarda, "Tunar market"də, "Sərxan market"də, Sumqayıt şəhərində Lətif Məmmədova, Rövşən Qəhrəmanova məxsus mağazalarda, Zaqatala şəhərində "Ocaq market"də, Oğuz rayonunda İmdad Hacıbabayevə, Qusar rayonunda Tacəddin Salmanova, Şahin Məmmədrzayevə, Lənkəran şəhərində Etibar Nəzərova, Gəncə şəhərində Nəsimi Nəsibova, Gəray Verdiyevə, Tərtər rayonunda Hüseyn Nəcəfova, Sabirabad rayonunda Rafiq Mahmudova məxsus mağazalarda, "As-Gün market"də, Samux rayonunda Zahid Bayramquliyevə, Yusif Abışova məxsus mağazalarda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 830 kiloqram yararsız ərzaq malları məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə