Bu il Azərbaycanda rekord həcmdə taxıl istehsal oluna bilər

Bu il Azərbaycanda rekord həcmdə taxıl istehsal oluna bilər
Bu il Azərbaycanda rekord həcmdə taxıl istehsal oluna bilər. SİA-nın xəbərinə görə,bunu kənd təsərrüfatı naziri İsmət Abasov bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, əgər 2011-ci ildə Azərbaycanda 2,6 mln. ton taxıl istehsal olunubsa, 2012-ci ildə ölkədə ilkin olaraq 2,7 mln. ton taxılın istehsalı proqnozlaşdırılır: \"Lakin əkin sahələrində zəruri gübrələmə və suvarma işləri aparılacağı təqdirdə illik istehsalın həcmi daha 33,3 faiz, ötən ilin yekunlarına nisbətən isə 34,6 faiz artaraq 3,6 mln. tona çata bilər. Fermerlər əkin sahələrində tələbata uyğun olaraq lazımi gübrələmə işləri aparacaqları təqdirdə 1 hektar torpaq sahəsi üçün məhsuldarlıq 10 sentner artaraq hazırkı 25 sentnerdən 35 sentnerədək yüksələ bilər. Ümumi taxıl sahələrinin 900 min ha olduğunu nəzərə alsaq, istehsalın illik həcminin 900 min ton artırılması mümkündür\".


Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) donor dövləti kimi çıxış edəcəyini deyən nazir bildirib ki, ölkəmiz donor dövləti kimi FAO-nun üzvü olan aztəminatlı ölkələrə maliyyə və texniki dəstək, eləcə də tövsiyələr verəcək: \"Əgər əvvəllər aztəminatlı ölkələrdə kənd təsərrüfatı sahəsində layihələri FAO tərəfindən maliyyələşdirilirdisə, bundan sonra Azərbaycan da bu prosesə qoşulacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə