Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

Aprelin 13-də Bakıda "NATO Çikaqo Sammitinin vacibliyi: Avro-Atlantik tərəfdaşlıq üçün yeni imkanlar" adlı beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfransı NATO-nun Azərbaycandakı əlaqələndiricisi olan Rumıniya səfirliyi NATO Baş İdarəsi və Azərbaycan NATO Beynəlxalq Məktəbi ilə birgə əməkdaşlıq şəraitində təşkil olunur.

NATO-nun bu il mayda keçirikləcək Çikaqo sammiti ərəfəsində keçirilən tədbirə Azərbaycan Xarici İşlər, Müdafiə nazirliklərinin, Milli Məclisinin, NATO Beynəlxalq Katibliyinin, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Diplomatik Akademiyanın, Azərbaycanda akkreditə olunmuş xarici səfirliklərin nümayəndələri qatılacaqlar.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu, NATO əlaqələndirici səfirliyin adından giriş çıxışını edəcək.

Bu tədbirin keçirilməsində təşkilatçıların məqsədi həm də NATO Çikaqo sammitinin gündəliyində olan ən vacib məsələlərə Azərbaycan ictimaiyyətinin münasibətini öyrənməkdir.
Konfrans iştirakçılara sammitdən öncə əlaqədar məsələlər üzrə təkliflərin irəli sürülməsinə imkanlar yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə