Vüqar Bayramlı: “Əhalinin əmanətlərdən gözləntisi fərqli idi” - MÖVQE

Vüqar Bayramlı: “Əhalinin əmanətlərdən gözləntisi fərqli idi” - MÖVQE

İndeksasiya sistemində hər 500 rubl 1qəpik dəyərində hesablanır. Bu intervaldan asılı olaraq dəyişir. Bunu Səs TV-yə açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı əhalinin bir qisminin əmanətlərlə bağlı narazılığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, burada 2 məqam mövcuddur: "Birincisi, Azərbaycanda tətbiq olunacaq indeksasiya sitemi MDB ölkələri arasında ən ədalətli indeksasiya sitemidir. Bizim apardığımız tədqiqatlar və MDB ölkələrində həyata keçirilən indeksasiya sitemi onu göstərir ki, Azərbaycan hər rubla daha çox vəsait verir. Əgər Azərbaycanda 2 min rubla 385 dollar ödənilirsə, Qırğızıstanda 2500 rubla cəmi 60 dollar Moldovada 1000 rubla 80 dollar ödənilir. Qazaxıstan isə ilkin mərhələdə 2000 rubla 200 dollar vəsait ödəsə də sonuncu mərhələdə 1000 rubla 10 dollar vəsait ödəyib. Azərbaycanda tətbiq edilən indeksasiya sitemi digər MDB dövlətlərində tətbiq edilən indeksasiya sitemindən üstündür. Azərbaycanda hər rubla dollar dəyərində verilən vəsait yalnız Pribaltika ölkələrindən geri qalır".


V.Bayramov hesab edir ki, məsələnin digər tərəfi ondan ibarətdir ki, bu həm də süni şəkildə yaradılmış bir şeydir: "Əhalinin əmanətlərdən gözləntisi fərqli idi. Onlar güman edirdilər ki, əmanətlərin qaytarılmasından sonra kifayət qədər məbləğdə vəsaitlər ödəniləcək və onların bir qismi varlı insanlara çevriləcək. Bu yanaşma iqtisadi baxımdan doğru deyil", - deyə, iqtisadçı ekspert sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə