Neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,37 dollar və ya 0,3% artaraq 1 barelə görə 106,71 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,88 dollar və ya 0,7% artaraq 126,22 dollar olub.


Bütün xəbərlər Facebook səhifəmizdə