Bu gün Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti 2011-ci ilin yekun hesabatını verib. SİA-nın məlumatına görə, şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib ki, 2011-ci il Bakcell üçün sürətli inkişaf ili kimi yadda qalıb.
"Müştəriləri ən yüksək keyfiyyətli mobil xidmətlərlə təmin etmək məqsədi ilə ötən illər ərzində şəbəkəmizə yatırılan iri həcmli sərmayələrin nəticəsi olaraq, bu gün Bakcell şəbəkəsi əhalinin 99 %-ni, ölkə ərazisinin isə 92 %-ni əhatə edir. Bu gün Bakcell şirkətinin 2,6 milyondan artıq aktiv abunəçisi var", - deyə icraçı direktoru bildirib.
Riçard Şirer onu da vurğulayıb ki, əhalini ən yüksək sürətli internetə giriş imkanı ilə təmin etmək üçün Bakcell şirkətinin şəbəkəsi ən qısa müddət ərzində 3G səviyyəsinə qədər modernləşdirilib: "Bu xidmətdən yararlanan istifadəçilərin sayı da gündən günə artmaqdadır. Bu gün 1 milyona yaxın abunəçi Bakcell-in yüksək sürətli internet və 3G şəbəkəsinin üstünlüklərindən yararlanır. Bununla yanaşı, mobil internetə ən rahat və limitsiz giriş təklif edən Bakcell şirkəti müştərilərimizin gündəlik ünsiyyəti və məlumat mübadiləsinə müsbət təsir göstərir. Bakcell-in 3G sür@ xidmətinə uğurlu start verilməsindən sonra Azərbaycanda ilk dəfə olaraq abunəçilərə ən sərfəli internet paketlərlə birgə Opera Mini brauzerinin xüsusi versiyası təqdim edilib".
"2011-ci ildə şirkətin gəlirində stabil bazar şəraitində 5 % həcmində artım müşahidə olunub. Bundan əlavə, xidmət infrastrukturunu möhkəmləndirmək və müştərilərə ən üstün şəbəkə təcrübəsini təqdim etmək məqsədi ilə investisiya proqramını sürətləndirmək üçün Bakcell şirkəti 40 milyon manat həcmində istiqraz buraxıb. Keçən il ərzində Bakcell şirkəti öz abunəçilərinə 30 kampaniya və 5 cəlbedici tarif paketi (HedsizCİN, QazanCİN, regional tariff, Klass 7, CİNeration) təqdime dib",- deyə icraçı direktor əlavə edib.
Tədbirdə həmçinin şirkətin baş texniki direktoru Yiğit Berktaş, baş kommersiya direktoru Krasimir Genov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB