“Neft Daşları” yatağında yeni platforma quraşdırılacaq

“Neft Daşları” yatağında yeni platforma quraşdırılacaq
"Neft Daşları" yatağında hasilatın artırılması məqsədi ilə yeni platformaların inşasına xüsusi önəm verilir. SİA-nın xəbərinə görə, yataqda daha bir stasionar dəniz özülünün inşası üçün ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihəndirmə işlərinə start verilib. 14 quyunun qazılması üçün inşa ediləcək 602a nömrəli özülün dənizin 18 metr dərinliyində quraşdırılması nəzərdə tutulur. Özül 36 nəfərlik yaşayış bloku, vertolyot meydançası, 12 tonluq qaldırıcı qurğu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Layihələndirmə işlərinin 2012-ci ilin sonuna kimi başa çatdırılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə