Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir
Bu gün Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, yarmarkadakı qiymətlər bazardakından 20-25% ucuzdur. Qoyun ətinin kiloqramı 5,5 manata, mal əti 5 manata, kələm və soğan 30-40, kartof 50-60, yumurtanın biri 9 qəpiyə və s. satılır.
Yollar buz bağladığından rayonlardan gətirilən məhsulların həcmində nisbətən azalma müşahidə olunsa da, yarmarkada canlanma müşahidə olunur. Alıcılar daha çox qoz, fındıq, tərəvəz məhsullarını və subtropik zonanın meyvələrini - naringi, limon, portağal və s. alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB