2011-cu ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərinin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları (ət və ət məhsulları, şəkər, bal və qənnadı məmulatları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s.) satışdan çıxarılaraq məhv edilib.
SİA-nın məlumatına görə, eyni zamanda ərzaq məhsulları ilə yanaşı saxlama müddəti keçmiş, mənşəyi məlum olmayan, 1 ton qeyri-ərzaq malları (yuyucu və təmizləyicilər, kosmetik vasitələr və s.) satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, ötən il antiinhisar qanunvericiliyinin tələblərinin pozulması işləri üzrə 95 qərar qəbul edilib və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB