İqtisadi İnkişaf Nazirliyi 19 min pirat CD və DVD aşkarlayıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında audiovizual məhsulların monitorinqlərini davam etdirir. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında Suğra Abdinovaya məxsus mağazada aparılan yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunub.
Mağazada aşkar edilmiş 19 minə yaxın ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Suğra Abdinovaya icrası məcburi göstəriş verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB