2011-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi daxili məhsul istehsalı 0.2 faiz artaraq 45.5 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əlavə dəyərin 54.9 faizi sənaye sahələrində, 7.8 faizi tikinti kompleksində, 5.6 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 5.2 faizi nəqliyyatda, 7.9 faizi ticarət və pullu xidmət sahələrində, 1.7 faizi rabitədə, 11.0 faizi digər sahələrdə istehsal olunub. Əhalinin hər nəfərinə 5026.3 manatlıq (6362.4 ABŞ dolları) əlavə dəyər istehsal edilib.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9.5 faiz artıb, neft sektorunda isə 9.1 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB