Xəzər dənizi üzərindən avtomobil körpüsünün tikintisinə dair texniki-iqtisadi əsaslandırması hazırdır
Koreya Bakının Şıx qəsəbəsindən Zığ qəsəbəsinədək Xəzər dənizi üzərindən avtomobil körpüsünün tikintisinə dair texniki-iqtisadi əsaslandırmanı Azərbaycana təqdim edib. Koreyanın Azərbaycandakı səfiri Li Ji Ha-nın sözlərinə görə, sözügedən layihənin texniki-iqtisadi əsaslandırması artıq Nəqliyyat Nazirliyinə təqdim olunub: "Hazırda Koreya tərəfi Azərbaycandan layihə ilə bağlı konkret cavab gözləyir".
Qeyd edək ki, layihələndirmə və tikinti işlərinin ümumilikdə 6 il ərzində yerinə yetiriləcəyi proqnozlaşdırılır. Körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Koreya tərəfindən ümumi uzunluğu təxminən 14,5 km olacaq bu körpünün tikintisinə təxminən 1 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB