Dövlət büdcəsinə 9 milyard manat məbləğində vəsait daxil olub
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 9 milyard manat məbləğində vəsait daxil olub, büdcədən 8,7 milyard manat vəsait xərclənib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, büdcə xərclərinin 43,7 faizi və ya 3,8 milyard manatı iqtisadiyyatın inkişafına, 9,8 faizi, yaxud 854,4 milyon manatı təhsilə, 12,7 faizi və ya 1 milyard 112,3 milyon manatı sosial müdafiə və sosial təminata yönəldilib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 244,1 milyon manatlıq profisit ümumi daxili məhsulda 0,7 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB