Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov Latviyanın iqtisadiyyat nazirini qəbul edibAzərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakıda səfərdə olan Latviyanın iqtisadiyyat naziri Daniels Pavlutsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı Latviya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Z.Məmmədov iki ölkə arasında ikitərəfli iqtisadi, elmi, texniki və mədəni əməkdaşlığın səviyyəsindən, həmçinin nəqliyyat sahəsində əlaqələrdən danışıb, Azərbaycanda aparılan islahatlar və sürətli inkişaf barədə ətraflı məlumat verib. Tədbirdə Azərbaycan-Latviya arasında gələcək əməkdaşlığın perspektivlərinə və güclü potensialın olması məsələsinə toxunulub. Qeyd edək ki, görüş Latviyanın rəsmi elan edilmə günü və Latviyanın Azərbaycandakı günlərinin açılışı ilə əlaqədar D.Pavlutsun Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB