Dünya bazarlarında “qara qızıl” bahalaşıb

Dünya bazarlarında “qara qızıl” bahalaşıb

ABŞ-da pərakəndə neft satışı həcminin sentyabrda əhəmiyyətli dərəcədə artması fonunda dünya bazarlarında neftin qiyməti kəskin artıb. SİA-nın xəbərinə görə, Nyu-York birjasında "Light Sweet Crude Oil" markalı neftin qiyməti 2,57 dollar və ya 3,1 faiz artaraq, 86,80 dollara çatıb. London birjasında isə "Brent Crude Oil" markalı "qara qızıl" 3,57 dollar və ya 3,2 faiz artıb. Bu markadan olan neftin bir barelinin qiyməti 114,68 dollar təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə