SOCAR Georgia Petroleum Tbilisi-Poti magsitral yolunun üzərində yerləşən multifunksional kompleksini \"GOODWILL\" şirkətinin idarəçiliyinə verib
Memoranduma əsasən, ARDNŞ-nin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum Tbilisi-Poti magsitral yolunun üzərində yerləşən multifunksional kompleksini (yanacaqdoldurma məntəqəsi və onunla bağlı infrastruktur istisna olmaqla) GOODWILL şirkətinin idarəçiliyinə verib. Kompleksə supermarket, restoran, fast-fud, eləcə də digər turizm, bank və əyləncə yönümlü infrastrukturlar daxildir.
Tərəflər Gürcüstanın tranzit ölkəsi olaraq strateji mövqeyinin daha da yaxşılaşdırılması niyyətlərini bəyan edib və multifunksional kompleksin yenidənqurulması layihəsi çərçivəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər. Layihə bir qrup gürcü memarı və dizaynerinin iştirakı ilə Almaniyanın Linde şirkəti tərəfindən hazırlanıb. Obyektin 2011-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB