Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb

Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb
2011-ci ilin avqust ayı ərzində 2 milyon 547 min 71 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 561 min 562 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). SİA-nın xəbərinə görə, cari ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 22 milyon 91 min 977 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin sentyabr ayının 1-ə qədər Ceyhan limanından 164 milyon 26 min 178 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə