Azərbaycanın metallurgiya sənayesində istehsal 48 faiz artıb

Azərbaycanın metallurgiya sənayesində istehsal 48 faiz artıb
Bu ilin əvvəlindən Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 146,8 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 47,8% çox məhsul istehsal olunub və xidmətlər göstərilib. SİA-nın xəbərinə görə, hesabat dövründə istehsalın həcmi metallurgiya sənayesində 80% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 12,1% azalıb. Yanvar-iyul ayları ərzində sahədə 140 min ton və ya 90% çox polad tökmə məhsulları, 97,2 min ton və ya 18,1% çox armatur, 55,2 min ton və ya 3 dəfə çox polad borular istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə