Azəriqaz” İstehsalat Birliyinin növbəti açıq mətbuat saatı Sabunçu rayon İcra Hakimiyyətində baş tutub
Bu gün "Azəriqaz" İstehsalat Birliyinin (İB) növbəti açıq mətbuat saatı keçirilib. SİA-nın məlumatına görə, artıq mətbuat saatı əhali ilə canlı ünsiyyətə girərək həyata keçiriləcək.
Bugünkü mətbuat saatı isə Sabunçu rayon İcra Hakimiyyətində baş tutub. Tədbirdə "Azəriqaz" İB-nin mətbuat katibi Kamandar Eyvazlı, Sabunçu rayon İH-nin I müavini Qəzənfər Həsənov və Sabunçu rayon Qaz istismar sahəsinin rəisi Eldəniz Nəcəfov şikayətçiləri narahat edən sualllara yerindəcə cavab veriblər.
İlk olaraq E.Nəcəfov cari ilin 8 ayı ərzində təşkilat tərəfindən görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, ümumilikdə rayon ərazisində 25300-dən artıq qaz sayğacı məhəllədaxili qaz kəmərləri üzərində, həyətlərdən küçəyə çıxarılan mexaniki qaz sayğacları "Smart" tipli qaz sayğacları ilə əvəz edilib: "Sabunçu rayonu ərazisində sayğacların həyətlərdən küçələrə çıxarılması, podrat təşkilatlar tərəfindən daşıyıcı və məhəllədaxili qaz kəmərlərinin yenidən quraşdırılması istiqamətində işlər davam etdirilir".
Şikayətçilər arasında Maştağa, Kürdaxanı, Pirşağı, Bilgəh və digər ərazilər daha çox üstünlük təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB