Azərbaycanla İordaniya arasında nəqliyyat sahəsində birgə komissiyanın ilk iclası keçiriləcək

Azərbaycanla İordaniya arasında nəqliyyat sahəsində birgə komissiyanın ilk iclası keçiriləcək

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri İordaniyanın nəqliyyat naziri Muhənnəd Qudah ilə görüşüb. Səfirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İordaniya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, bu istiqamətdə mövcud imkanların öyrənilməsi məsələləri müzakirə olunub.

Xəbər verilir ki, səfir son illər ərzində Azərbascanın nəqliyyat sektorunda əldə olunan nailiyyətlər, hökumət tərəfindən bu istiqamətdə atılan addımlar, həyata keçirilən iri beynəlxalq layihələr haqqında iordaniyalı naziri məlumatlandırıb.

Görüşdə eyni zamanda \"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş\"ə əsasən, bu sahədə əməkdaşlığın nəzərdən keçirilməsi və inkişaf etdirilməsi məqsədilə Birgə Komissiyanın bu ilin payızında İordaniyada keçirilməsi planlaşdırılan ilk iclasının konkret vaxtı və gündəliyi də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə