Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tədrisdə yeni texnologiyaların tətbiqinə xüsusi önəm verir
SİA-nın xəbərinə görə, bu gün tədris müəssisələrində interaktiv avadanlıqların, elektron lövhələrin tətbiqi təlim-tədris prosesinin ayrılmaz hissəsinə çevrilir və bu cür treninqlərin keçirilməsi müəllim heyətinin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, dərslərin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Treninq iştirakçıları interaktiv üsullarla tədris olunan dərslərin dinləyicilər tərəfindən daha asan mənimsənildiyini, dərs müddətindən daha səmərəli istifadə olunmasına imkan yaratdığını qeyd ediblər. MİMİO Tədris Mərkəzi ilə birlikdə təşkil olunan treninq Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi əməkdaşlarının böyük marağına səbəb olub. Əminliklə bildirilib ki, bu interaktiv qurğuların təlimdə tətbiq olunması tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə təsir göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, treninqlərin keçirilməsində əsas məqsəd interaktiv qurğuların təlimdə daha səmərəli istifadəsini təmin etməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB