Nağdsız ödəniş sistemi inkişaf etdiriləcək

Nağdsız ödəniş sistemi inkişaf etdiriləcək
Hazırda respublikada 2 min bankomat, 8 minə yaxın POS - terminal fəaliyyət göstərir. Plastik kartlardan nağd pulların bankomatlardan çıxarılması üçün istifadə edilsə də bu sahədə hələ problem var. Mərkəzi Bankın məlumatına görə, 2011-2015-ci illərdə Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə işlər görüləcək. Bu illər ərzində nağdsız ödənişlər sahəsində metodoloji və institusional bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Qarşıdakı illərdə, vahid ödəniş məkanının yaradılması da nəzərdə tutulur. Bu sistem ödəniş kartları sahiblərinin ödənişləri həyata keçirməsi prosesini asanlaşdıracaq.


Bütün xəbərlər Facebook səhifəmizdə