İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Qurumdan SİA-ya daxil olan məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Ə.Novruzov küçəsi, ev 22/71 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Tərxun" sərinləşdirci içkisinin, qazsız suların gigiyenik və uyğunluq sertifikatları, qazlı suların uyğunluq sertifikatı, "Düşes" sərinləşdirci içkisinin müvafiq reseptura və uyğunluq sertifikatının olmaması ilə bağlı araşdırma aparılıb. Həmçinin albalı və şaftalı nektarlarının müvafiq reseptura olmadan istehsal edilməsi, qazlı suların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, "Çernoqolovka" adı ilə istehsal olunan sərinləşdirici içkilərin üzərində iki müxtəlif saxlama müddətinin qeyd edilməsi, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan albalı və şaftalı nektarı qatqılarından istifadə edilməsi səbəbindən bu sahibkar barəsində ciddi tədbirlər görülüb. Belə ki,
Dövlət Xidmətində işə baxılması başa çatdırılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Qüdrət Abasova 897 manat maliyyə sanksiyası tətbiq edilib.
Dövlət Xidmətində işə baxılması başa çatdırılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Qüdrət Abasova 897 manat maliyyə sanksiyası tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB