Avropanın ən iri bankı olan HSBC 10000 əməkdaşını işdən çıxarmağı planlaşdırır

Avropanın ən iri bankı olan HSBC 10000 əməkdaşını işdən çıxarmağı planlaşdırır
Avropanın ən iri bankı olan HSBC 10000 əməkdaşını işdən çıxarmağı planlaşdırır. SİA-nın məlumatına görə, Avropanın ən iri bankı olan HSBC Holdings Plc Nyu-Yorkdakı və Konnektikutdakı 195 bölməsini Amerikanın First Niagara Financial Group İnc maliyyə qrupuna nağd pulla 1 milyard dollara satmağa razılıq verib.
Hazırda ABŞ-ın 13 ştatında HSBC-nin 470 daimi ofisi var.
Sövdələşmənin şərtlərinə görə, ümumi məbləği 15 milyard dollar olan depozitlər və 2,8 milyard dollarlıq kreditlər Buffavo şəhərində yerləşən First Niagara maliyyə qrupunun nəzarətinə keçir. 2011-ci ilin birinci rübündə HSBC-nin xərclərinin artdığı bir vaxtda mənfəəti 14 faiz aşağı düş
üb. Məhz buna görə də HSBC xərclərini 3,5 milyard dollar məbləğində azaltmaq planını elan edib.
Londonun KİV-ləri xəbər verir ki, bank təqribən 10 000 əməkdaşını işdən azad etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə