Ziyad Səmədzadə: “Azərbaycan manatının hər bir qəpiyi öz həqiqi qiymətini almalıdır”

Ziyad Səmədzadə: “Azərbaycan manatının hər bir qəpiyi öz həqiqi qiymətini almalıdır”

"Hər birimiz Azərbaycan manatının dönərliyini qorumalıyıq. Azərbaycan manatının hər bir qəpiyi öz həqiqi qiymətini almalıdır". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cəmiyyətdə 1,3,5 qəpiklərin işlənməməsi və onalara qarşı biganə münasibət göstərilməsini şərh edərkən deyib. O bildirib ki, təbii ki, bunlara qarşı biganə münasibət bəsləyənlərə qanunvericiliklə müəyyən edilən tədbirlər görülməlidir. Yəni, Azərbaycan manatının hər bir qəpiyinin qorunmalı olduğunu deyən Z.Səmədzadə vurğulayıb ki, manatın dönərliyi artdıqca, ölkə daxilində pul siyasəti, makrosabitlik təmin edildikcə manatın hər qəpiyinin qiyməti artmalıdır. Onun sözlərinə görə, kimlərsə buna biganə yanaşırsa, deməli, onlar eyni zamanda, Azərbaycanın süverenliyinin mühüm atributlarından olan manata laqeyd münasibət bəsləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə