Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın ikinci iclası keçirilib

Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın ikinci iclası keçirilib

Bugün Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın ikinci iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda sənaye və energetika naziri, hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə, həmçinin maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, təhsil nazirinin müavini Elmar Qasımov və Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov daxildir. Natiq Əliyev və İtaliyanın xarici işlər nazirinin müavini Alfredo Mantikanın həmsədrliyi ilə keçən iclasda Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə - iqtisadiyyat, sənaye, enerji, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil, səhiyyə və digər sahələrdə əlaqələr, perspektiv layihələr müzakirə edilib.
İclasın sonunda qeyd olunan sahələrdə gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən Protokol qəbul olun
ub.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti, İtaliyanın iqtisadi inkişaf naziri Paolo Romani ilə görüşərək ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə