DSMF sədri Səlim Müslümov və Moldova Milli Sosial Sığorta Xəzinədarlığının rəhbəri Mariya Borta arasında saziş imzalanıb

DSMF sədri Səlim Müslümov və Moldova Milli Sosial Sığorta Xəzinədarlığının rəhbəri Mariya Borta arasında saziş imzalanıb

Bu gün Bakıda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Moldova Milli Sosial Sığorta Xəzinədarlığı arasında icbari dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb.

SİA-nın məlumatına görə, protokolu DSMF sədri Səlim Müslümov və Moldova Milli Sosial Sığorta Xəzinədarlığının rəhbəri Mariya Borta imzalayıblar.

İmzalama mərasimi Bakıda keçirilən \"Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi\" mövzusunda beynəlxalq texniki seminar çərçivəsində baş tutub.

Seminar zamanı çıxış edən Səlim Müslümovun sözlərinə görə, növbəti mərhələdə Moldovada yaşayan və sonradan Azərbaycana və ya əksinə köçən əmək miqrantlarının pensiya təminatı haqqında müqavilə imzalanacaq.

Hazırda Azərbaycan digər ölkələrlə bu sahədə 10 hökumətlərarası saziş imzalayıb.

Tədbirlər Planında dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması, bu məqsədlə tariflərin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə