\"OPEK\" üzvlərinə söz keçirə bilmədi

\"OPEK\" üzvlərinə söz keçirə bilmədi

OPEK üzv ölkələrini neft istehsalını artırmağa razı sala bilmədi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vyanada OPEK-in növbəti yığıncağı keçirilib. Yığıncağın mövzusu isə quruma üzv ölkələrin neft hasilatını artırması idi. Bu təklif isə Səudiyyə Ərəbistandana aid idi. Ərəb şeyxlərinin bu fikri səsləndirməsinə səbəb isə budur ki, bəzi neft idxalatçısı olan ölkələrin neft idxal etməyə gücü çatmır. Çünki OPEK-in günlük neft hasilatı neftin bir barelini 99-100 dollar arasında sabit qalmasına gətirib çıxarır. Səudiyyə Ərəbistanı isə bu hasilatı artırmağı təklif edir. Xatırladaq ki, "OPEK"-in günlük neft hasilatı 24,845 mln bareldir. Bu hasilatı artırmaqla "OPEK" qlobal iqtisadiyyata öz töhfəsini vermək istəyir. Ancaq qurumun Venesuela, İran və Əlcazair kimi üzvləri bu qərara aşkar etiraz ediblər.

Liviyadakı daxili qeyri-sabitlik, Asiya ölkələrinin neftə artan tələbi neftin bir barelini qiymətini 100 dollardan aşağı düşməyə qoymur.

Bütün xəbərlər Facebook səhifəmizdə