Rövnəq Abdullayev: \"ARDNŞ-ın hələ hər hansı bir Yunanıstan şirkətini almaq fikri yoxdur\"

Rövnəq Abdullayev: \"ARDNŞ-ın hələ hər hansı bir Yunanıstan şirkətini almaq fikri yoxdur\"

"Bildiyiniz kimi, Yunanıstanda siyasi, iqtisadi vəziyyət çox gərgindir. Bizim hələ hər hansı bir Yunanıstan şirkətini almaq fikrimiz yoxdur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mətbuat nümayəndələrinin Dövlət Neft Şirkətinin Yunanıstanda şirkət alması ilə bağlı sualına cavabında deyib. Onun sözlərinə görə, Azərbaycana beynəlxalq aləmdə maraq böyükdür: \"Bu da bizi sevindirir ki, bu maraq dairəsində Dövlət Neft Şirkəti də var".


Bundan başqa R.Abdullayev Azərbaycanın "Nabukko" layihəsindən kənarda qalması ilə bağlı yayılan xəbərləri təkzib edərək bunları deyib: "Mən deyərdim ki, Azərbaycan artıq seçim mərhələsindədir və deməzdim ki, biz "Nabukko" layihəsindən kənarda qalacağıq. Biz həmkarlarımızla bu layihənin xərclərinin müəyyənləşdiririk. Çünki bilirsiniz ki, bu layihədə xərclər bölgüsü müəyyənləşməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə